Sosial

Veteranlara verilən 80 manat artırılsın! — Parlamentdə müzakirə

Veteranlara verilən 80 manat artırılsın! — Parlamentdə müzakirə

Azərbaycanda müharibə veteranlarına verilən 80 manat müavinətə yenidən baxılması lazımdır.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Baş nazirin burada olmasından istifadə edərək, yenidən bildirirəm ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır. Bununla bağlı məsələyə yenidən baxılmalıdır”, - deyə komitə sədri vurğulayıb.

"Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır", - deputat əlavə edib.

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.

D
demokrat.az