8 Noyabr - Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.
Demokrat.az xəbər verir ki, saat 10:00-dan başlayaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı abadlıq xidməti" MMC-nin birgə təşkilatçılığı keçirilən bayram tədbirində ilk olaraq Dövlət Himni səsləndirilib. Daha sonra yürüş olub.
“Bayraq meydanı”ndan start götürən yürüşdə hərbçilər, Laçın sakinləri hərbi orkestrin müşayiəti ilə Laçın şəhərinin “Seyrəngah” adlı ərazisinə qədər yürüş ediblər. (Apa)










