Dünya Özəl

Blinken Yaponiyaya səfər etdi

Blinken Yaponiyaya səfər etdi

ABŞ dövlət katibi Antoni Blinken cari məsələlərin müzakirə olunacağı G7 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Yaponiyanın paytaxtı Tokioya gedib.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, G7 ölkələrinin xarici işlər nazirləri bu gün və sabah Yaponiyanın paytaxtı Tokioda bir araya gələrək aktual məsələləri, xüsusilə Ukraynadakı müharibəni, ərzaq və enerji təhlükəsizliyini, İsrail və Fələstindəki son vəziyyəti müzakirə edəcəklər.

Türkiyədə rəsmi səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken G7 toplantısında iştirak etmək üçün Tokioya gedib.

Blinken buradakı təmasları çərçivəsində Yaponiyanın baş naziri Fumio Kişida və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə görüşüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova