Dünya Özəl

Qəzzada həyatını itirənlərin sayı 10 mini ötdü

Qəzzada həyatını itirənlərin sayı 10 mini ötdü

İsrailin hücumları nəticəsində Qəzza bölgəsində həyatını itirənlərin sayı 10 min 22 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-dən davam edən münaqişələr nəticəsində bölgədə vəfat edənlərin sayı artmaqda davam edir.

Son rəqəmlərə görə bölgədə 10 022 nəfər həyatını itirib. Bunlardan 4 min 104 nəfəri uşaq, 2 min 641-i isə qadınlardır.

Aysu Demokrat.az

D
demokrat.az