Sosial

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib

Bərdədə üçgün öncə ana olan qadın bu gün həyatını itirib.

APA-nın yerli müxbiri xəbər verir ki, üçgün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadəyenidən xəstəxanaya müraciət edib.

Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova