Sosial Özəl

“İslamda ölünü əmanət qoymaq anlayışı yoxdur” — Müvəqqəti dəfn yerləri nə məqsədlə tikilib? (FOTOLAR)

“İslamda ölünü əmanət qoymaq anlayışı yoxdur” — Müvəqqəti dəfn yerləri nə məqsədlə tikilib? (FOTOLAR)

Müstəqil aşardırmaçı Nazim Həsənov feysbuk sosial şəbəkəsində Bakının Hövsan kəndində yerləşən orta əsrlərə aid məzarlığın fotolarını paylaşıb.

Demokrat.az xəbər verir ki, kənd sakinlərinin bildirdiyinə görə bura müvəqqəti dəfn yeridir:

“Məzarlıqda bu tip 4-5 tikili var və hər birində təxminən 5-6 otaq. Otaqlarda dəfn olunanların bəlkə də bəziləri başqa yerə köçürülüb, amma bəziləri bu formada qalıb”, N.Həsənov qeyd edib.

Onu da əlavə edib ki, məzarlıq kəndin qədim yaşayış yeri olan mərkəzi hissəsində məscidə bitişik ərazidə yerləşir. Burada müvəqqəti dəfn tikililərindən əlavə xeyli qədim məzarlar da var.

İlahiyyatçı Tural İrfanın sözlərinə görə İslam dininə görə dünyasını dəyişən insan torpağa dəfn edilməlidir. O, Demokrat.az-a açıqlamasında deyib ki, dəfn üsulları dinlərə görə fərqlənir:

“Səmavi dinlərdə öz əksini bu adət Adəm peyğəmbərin oğlu Qabilin qardaşı Habili öldürdükdən sonra torpağa dəfn etməsindən yaranıb”.

İlahiyyatçı bildirib ki, vaxtilə dəfn məqsədilə tikilən sərdabələr iki cür istifadə olunub:

“Yerin altında zirzəmi üslubunda tikilən sərdabələr, adətən, nəsil, ailə üçün nəzərdə tutulurdu. Ölmüş insan burada üzü qibləyə qoyulur və yan tərəfi hörülüb, bağlanırdı. Sərdabə yalnız dəfn zamanı açılır və hər sonrakı cansız bədən əvvəlki mərhumun böyrünə qoyulub, yenidən hörülürdü. Azərbaycanda bu cür sərdabələrə, əsasən, Gəncə şəhərinin qədim qəbiristanlığında rast gəlinir”.

T.İrfan qeyd edib ki, digər növ sərdabələr ölünü müvəqqəti qoymaq üçün istifadə edilib:

“Əvvəllər Bakıda bu adət çox olub, indi də bəzi yerlərdə qalır. İnsanlar Kərbəlada dəfn olunmalarını vəsiyyət edirdilər. Öldüyü vaxt onları İraqa aparmaq mümkün olmayanda sərdabədə və ya qəbirdə əmanət qoyurdular ki, imkan olanda aparsınlar. Həmin dövrdə meyitin uzun zaman yolda aparılması problem yaratdığı üçün ətinin çürüməsini gözləyirdilər, daha sonra sümüklərini qutuya yığıb, Kərbəlaya aparırdılar”.

Müsahibimiz onu da əlavə edib ki, bəzən müvəqqəti dəfn olunan insanların çoxunun bədənini sonradan vəsiyyət etdikləri yerə aparmaq və ya şəriətə uyğun dəfn etmək mümkün olmayıb:

“İslamda ölünü əmanət qoymaq kimi bir anlayış yoxdur. Ola bilər, insan öldükdən sonra ekspertiza lazım olsun. Bu halda müvəqqəti dəfn oluna bilər, amma yenə də şəriət qaydaları gözlənilməlidir. Heç kəs bilə bilməz ki, sonradan mərhumu çıxarıb, vəsiyyət etdiyi yerdə dəfn etmək mümkün olacaq, yoxsa, yox

“İslamda ölünü əmanət qoymaq anlayışı yoxdur” — Müvəqqəti dəfn yerləri nə məqsədlə tikilib? (FOTOLAR)
“İslamda ölünü əmanət qoymaq anlayışı yoxdur” — Müvəqqəti dəfn yerləri nə məqsədlə tikilib? (FOTOLAR)
“İslamda ölünü əmanət qoymaq anlayışı yoxdur” — Müvəqqəti dəfn yerləri nə məqsədlə tikilib? (FOTOLAR)
Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova