Kriminal Özəl

Bakıda ər arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Bakıda ər arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Əmir ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən dülgər sexinin arxasında baş verib.

Əmir keçmiş arvadı Nazilə ilə orada şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əli ilə Nazilənin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova