Ötən gün saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polatın həbsdə polislərdən istəyi müzakirələrə səbəb olub.
Demokrat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı Polatın polislərdən üzünə qulluq üçün vitaminlərini istədiyi iddia edilib.
Belə ki, Dilan Polatın “Mənim dərim çox önəmlidir, burada zədələnə bilər. Dərim üçün istifadə etdiyim vitaminləri istəyirəm” dediyi bildirilir. Qeyd olunur ki, onun bu istəyi rədd edilib.
Xatırladaq ki, sosial media fenomeni ilə birlikdə həyat yoldaşı, iş adamı Engin Polat, həmçinin Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də daxil olmaqla 17 nəfər saxlanılıb.


