Hadisə

Cəlilabaddakı qəzada xəsarət alanların kimliyi açıqlandı — YENİLƏNİB

Cəlilabaddakı qəzada xəsarət alanların kimliyi açıqlandı — YENİLƏNİB

Cəlilabadda traktorla VAZ 2106 markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Natiq Mirzəyev, 1982-ci il təvəllüdlü Elşən Quliyev, 2002-ci il təvəllüdlü Murad Bayramov və 2006-cı il təvəllüdlü İsmayıl Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:50

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Cəlilabad-Boyxanlı avtomobil yolunda qeydə alınıb.

Belə ki, traktorla VAZ-2106 markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az