Avto Özəl

Mercedes-Benz həvəskarlarına şad xəbər: Yeni GLE modeli satışa çıxarılır

Mercedes-Benz həvəskarlarına şad xəbər: Yeni GLE modeli satışa çıxarılır

Noyabrın 2-də Hindistanda Mercedes-Benz yeni GLE modelini təqdim edəcək.

Demokrat.az xəbər verir ki, yeni 2023-cü il model Mercedes-Benz GLE krossoveri sabahdan etibarən satış üçün bazara çıxarılacaq.

Mercedes-Benz-in lüks yolsuzluq avtomobili olan GLE modeli öz dizayn yenilikləri, interyer təkmilləşdirmələri və gücləndirilmiş mühərrik seçimləri ilə fərqlənir.

"HT Auto"-nun hesabatına görə, yeni model Mercedes-Benz GLE-nin öz sinfində əsas rəqibləri Audi Q7, BMW X5 Volvo XC90 kimi tanınmış avtomobil modelləri hesab olunur.

Mercedes-Benz həvəskarlarına şad xəbər: Yeni GLE modeli satışa çıxarılır

Yolsuzluq avtomobilinin ümumi görünüşü də sələfinə çox bənzəyir.

Yeni GLE-nin interyerində bir sıra təkmilləşdirmələr aparılıb. Krossoverin Mercedes-Benz S-Class-dan ilhamlanmış yeni sükanı da idman avtomobillərini xatırladır.

Yeni GLE həmçinin MBUX sisteminin ən son versiyasını da təqdim edir. Qabaqcıl xüsusiyyətləri sırasına dörd zonalı klimat-kontrol, simsiz Android Auto və Apple CarPlay, həmçinin, yaddaş imkanları ilə elektron tənzimlənən ön və arxa oturacaqlar, panoramik lyuk, ətraf işıqlandırma və s. daxildir.

Bundan əlavə, Mercedes-Benz GLE müxtəlif istəklərə uyğun olaraq, yolsuzluq paketini də təqdim edir.

Yeni Mercedes-Benz GLE ilkin olaraq, 3 variantda - GLE 300 d, GLE 450 d və GLE 450 mühərriklə müştərilərə təqdim olunacaq.

Təklif olunan yeganə benzin mühərriki isə 375 at gücü və 500 Nm maksimum fırlanma anı hasil edə bilən 3,0 litrlik 6 silindrli mühərrik olacaq.

Mercedes-Benz həvəskarlarına şad xəbər: Yeni GLE modeli satışa çıxarılır
Rauf Məmmədli Demokrat.az

D
demokrat.az