Sudanda təxminən 3 milyon uşaq məcburi köçkün olub.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.
Bildirilib ki, Sudanda vətəndaş müharibəsi davam edir:
"Bu səbəbdən 3 milyona yaxın uşaq məcburi köçkün vəziyyətinə düşüb və bu, dünyada ən yüksək rəqəmdir.
Müharibənin daha da şiddətlənməsi zorakılıq və istismar riski ilə üzləşən daha çox uşağın evlərini tərk etməsinə səbəb olur.
Müharibə dayandırılmalıdır ki, uşaqlar təhlükəsiz və sağlam olsunlar, öyrənsinlər və oynaya bilsinlər".
Aysu Demokrat.az


