Mahaçqala hakimiyyəti yerli hava limanı ərazisində kütləvi iğtişaşların təşkili ilə bağlı ciddi problemlə üzləşib. İcazəsiz aksiyaların keçirilməsinə dair çağırışlar edildikdən sonra hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açmaq qərarına gəliblər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (DİN) Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, hakimiyyət bu addımı Mahaçqala aeroportunun ərazisində icazəsiz aksiyaların keçirilməsi ilə əlaqədar çağırışların sosial şəbəkələrdə yayılmasından sonra atıb.
“Bu, hakimiyyətdə ciddi narahatlıq yaradıb və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Polis və Federal Təhlükəsizlik Xidməti (FTX) bu işi fəal şəkildə araşdırmağa başlayıb. Müəyyən olunub ki, aksiyaların təşkilatçıları bir qrup insanı hava limanı ərazisində iğtişaşlar törətmək üçün səfərbər etməyə çağırışlar ediblər. Baş verə biləcək hadisələrin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səlahiyyətli orqanlar dərhal bütün lazımi tədbirləri görüb. İstintaq zamanı müəyyən olunub ki, aksiyanın təşkilatçıları sosial şəbəkələr vasitəsilə mitinqin yeri və vaxtı barədə məlumatlar yayıblar. Bu, internet istifadəçiləri arasında böyük rezonans doğurub və hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. İndi polis və FTX aksiyaların bütün iştirakçılarının, həmçinin təşkilatçılarının müəyyən edilməsi üzərində işləyir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, iğtişaşlarda iştirak edən bütün şəxslər qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Mahaçqala hakimiyyəti ictimai asayişi pozmaq və vətəndaşların təhlükəsizliyini təhdid etmək cəhdlərinin qarşısını bundan sonra da almaq niyyətindədr.


