Tanınmış diktor Ramiz Qafarov vəfat edib.
Prosport.az-ın xəbərinə görə, onun səhhəti anidən pisləşib.
R.Qafarov Dərnəgül qəsəbəsində keçirilən kişi voleybolu üzrə Çelenc Kuboku turnirinin “Xarı Bülbül Şuşa”- “Spartak”(Slovakiya) oyununda diktorluq etməli olsa da, onun ürəyi gedib.
Diktorun özünə gəlməsi üçün tibbi heyət əlindən gələni etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


