Türkiyədə içərisində tələbələrin olduğu lift nasazlıq səbəbindən yerə çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə ölkənin Aydın vilayətində yerləşən tələbə yataqxanasında baş verib.
Qəza nəticəsində liftdə olan 16 nəfərdən 1-i dünyasını dəyişib, digərləri ağır xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, təfərrüatlar araşdırılmağa davam edir.
Aysu Demokrat.az


