Dünya Özəl

Qəzzada həyatını itirənlərin sayı 7 mini keçdi

Qəzzada həyatını itirənlərin sayı 7 mini keçdi

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 7 min 28 mülki vətəndaş həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 481 nəfər artaraq 7028 nəfərə çatıb.

Qeyd edək ki, ölənlərdəm 2913-ü uşaqlardır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova