Gündəm

Yeni icra başçısının DOSYESİ...

Yeni icra başçısının DOSYESİ...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Firdovsi Əliyevi Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Demokrat.az yeni təyin edilən icra başçısının tərcümeyi-halını təqdim edir.

Firdovsi Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib, 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub, 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

Yeni icra başçısı 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O, 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib, 2004-cü ildən bu ilin mart ayınadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

D
demokrat.az