Dünya Özəl

İordan çayının qərb sahilində 2 fələstinli öldürüldü

İordan çayının qərb sahilində 2 fələstinli öldürüldü

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri bölgənin şimalındakı Əl-Cələzun qaçqın düşərgəsinə hücum edib.

Hücum nəticəsində 2 fələstinli həyatını itirib, 4 fələstinli isə ağır yaralanıb.

Həmçinin Yerixo, Hebron və Beyt Rima kimi bəzi şəhərlərdə 31 fələstinli İsrail qüvvələri tərəfindən saxlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova