Hadisə

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var

Göygöl şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2106və UAZmarkalı avtomobillər toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZmarkalı avtomobilin sürücüsü - 1958-ci il təvəllüdlü Z.Süleymanov və onun sərnişini R.Fəzliyeva xəsarət alıblar.

Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, VAZmarkalı avtomobil taksi kimi fəaliyyət göstərib.

NE
Nihadə Eyyubova