Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen İn ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir, Rusiya ilə Şimali Koreya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün paytaxt Pxenyana rəsmi səfər edib.
Səfər zamanı onu ölkə lideri Kim qəbul edib və görüş 1 saatdan çox davam edib.
Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.
Aysu


