Dünya

Ağcaqanad təyyarə reysinin təxirə salınmasına səbəb oldu

Ağcaqanad təyyarə reysinin təxirə salınmasına səbəb oldu

Ağcaqanad “EasyJet” loukosterinin (aşağı büdcəli aviaşirkət) pilotunu sancaraq Amsterdamdan Mançesterə uçan reysi təxirə salıb.

“Airbus A320” təyyarəsinin sərnişinləri uçuş üçün beş saat gözləməli olublar, çünki həmin müddətdə təyyarə həşəratlardan təmizlənib. Reysi gözləyən insanlara isələngimənin laynerdə texniki nasazlıq olması ilə izah ediblər.

“Tabloda uçuş vaxtı daim artırılırdı. Nəhayət pilot çıxdı və bizə bildirdi ki, kabində ağcaqanad onu sancıb. Həşəratlar daha çox ola bilər deyə pilotbütün təyyarənin dərindən təmizlənilməsini istəyib”, - deyə sərnişinlərdən biri deyib.

Daşıyıcı şirkətin müştərilərini uçuşun gecikməsinə görə yeganə kompensasiyanın 3,9 funt sterlinq (6,2 manat –red.) məbləğində qida çekinin olması da qəzəbləndirib.(oxu.az)

NE
Nihadə Eyyubova