Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Kosovanın müdafiə naziri Ejup Maqedonci ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata əsasən, nazir ölkəyə rəsmi səfəri çərçivəsində Kosovo Müdafiə Nazirliyində təntənəli mərasimlə qarşılanıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Gülər və Maqedoncinin təkbətək görüşü olub.
Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.
Aysu Demokrat.az


