Gündəm Özəl

Sığorta şirkətlərindən şikayətlərin səbəbi — Ekspert açıqladı

Sığorta şirkətlərindən şikayətlərin səbəbi — Ekspert açıqladı

Azərbaycan Mərkəzi Bankı sentyabr ayı üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adını açıqlayıb.

Demokrat.az xəbər verir ki, məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər "Xalq Sığorta", “Atəşgah Sığorta” və "Bakı Sığorta" olub.

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, Mərkəzi Banka edilən şikayətlər, əsasən, avto-nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlə bağlı olur:

Sığorta şirkətlərindən şikayətlərin səbəbi — Ekspert açıqladı

“Adətən zərərin qiymətləndirilməsi ilə bağlı şikayət edilir. Digər hallar məhkəmə qaydası ilə həll edilir. Yaxşı olar ki, Mərkəzi Bank şikayətlərlə bağlı görülən tədbirləri də açıqlasın, həll yolları müzakirə olunsun. Sığorta şirkətləri ilə bağlı şikayətlər çox vaxt qiymətlə bağlı olur. Sığorta etdirənlə, sığorta şirkəti arasında mübahisə yaranır”.

Törə Zeynallı Demokrat. az

NE
Nihadə Eyyubova