Kriminal Özəl

Bakıda 40 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Bakıda 40 yaşlı kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Adil həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 5-də baş verib.

Həmin gün, saat 20.00-da yaşadığı evdə Sevda həyat yoldaşı Adilə başqa qadınlarla gəzməsini, evə gəlməsini və evə bazarlıq etməməsini irad bildirib.

Bu səbəbdən onlarlın aralarında mübahisə yaranıb. Münaqişə zamanı Adil əli ilə qəsdən arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sevda ilə 9 ildir rəsmi nikahdadır, bu nikahdan 2 azyaşlı övladları var: “Həyat yoldaşım Sevda ilə aramızda daima fikir ayrılığı olub. Buna da səbəb həyat yoldaşımın valideyinlərimə sözlə daima cavab qaytarması olub. Mən də həyat yoldaşımdan narazı olduğumdan evə arabir gəlib-getmişəm. Bəzi hallarda validynlərimin Xətai rayonunda yerləşən evində gecələmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, iyunun 5-də, saat 20.00-da özünə məxsus evə gəlib: “Sevda məndən uşaqlarıma aliment ödəməyimi tələb etdi, ünvanıma nəlayiq ifadələr işlətfi və evdən getməyimi tələb etdi. Bu səbəbdən həyat yoldaşım ilə aramızda mübahisə yarandı. Əsəbləşərək əlim ilə Sevdanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Daha sonra evdə olan müşahidə kamerasını sındırdım və evdən getdim”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, həyat yoldaşı Adil yüngül həyat tərzi geçirdiyindən, adını bilmədiyi bir qadınla yaşadığından evə arabir gəlir: “Bu səbəbdəndə ailəmizdə daima mübahisələr olur. Adil evə pul gətirmir, evi dolandıra bilmir. İyunun 5-də, saat 20.00-da evdə olan zaman Adil evə gəldi. Adildən evin dolanışığı üçün pul istədiom. Adil isə buna etiraz etdiyindən aramızda mübahisə baş verdi. Adil əsəbləşərək əli ilə bədənimin müxtəlif nahiyələrinə bir neçə zərbə endirərək məni döydü. Sonra evdən getdi”.

Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adil 1000 manat miqdarında cərimə olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova