Hadisə

Sumqayıt sakini yüksək dozada narkotikdən öldü

Sumqayıt sakini yüksək dozada narkotikdən öldü

Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

Demokrat.azAPA-ya istinadla bildirirki, hadisə şəhər xəstəxanasında baş verib.

Sumqayıt sakiniRuslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

NE
Nihadə Eyyubova