Almaniya gələn ilin aprelində NATO-nun Kosovodakı sülh missiyasına, KFOR-a töhfə olaraq təxminən 150 əsgər göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanln Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, qərarın Kosovonun şimalında mövcud gərginliklə heç bir əlaqəsi ypxdur və gücləndirmə qərarı Avstriya qoşunlarının çıxarılmasını kompensasiya etmək üçün qəbul edilib:
"Əlavə qoşunlar KFOR-un ümumi sayını artırmayacaq. Hazırda Kosovoda FOR missiyası çərçivəsində təxminən 3400 əsgər fəaliyyətdədir. Qeyd edək ki, Almaniyanın hazırda Kosovoda 71 əsgəri var".
Aysu Demokrat.az


