Dünya Özəl

Fransada bomba həyəcanı: 8 məktəb boşaldıldı

Fransada bomba həyəcanı: 8 məktəb boşaldıldı

Fransanın İzere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın İsere Qubernatorluğundan bildirilib.

Açıqlamaya görə, səhər saatlarında Qrenobl şəhərində 8 məktəbə bomba xəbərdarlığı edilib.

Məktəblərdəki işçi heyəti və şagirdlər təxliyə edilib, təhlükəsizlik perimetri yaradılıb. Həmçinin bomba zərərsizləşdirmə qrupları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, Qubernatorluq xəbərlərin real və ya əsassız olması ilə bağlı hələlik heç bir məlumat paylaşmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova