Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" nəşrlərinin təsisçisi Elçin İsmayıl oğlu Şıxlının doğum günüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elçin Şıxlının bu gün 66 yaşı tamam olur.Xalq yazıçısı, görkəmli ziyalı İsmayıl Şıxlının övladı olan Elçin Şıxlı müasir Azərbaycan jurnalistikasının formalaşmasında əvəzsiz xidmətləri var.
Ad günlərini ailəsi ilə birgə qeyd etdiyini deyən Əməkdar Jurnalist Demokrat.az-a arzularını bölüşüb:
“Hamıya can sağlığı arzu edirəm. Hazırkı məqamda şərəfli günlər yaşayırıq. Müstəqilliyimizin ən böyük simvolu olann ərazi bütövlüyümüzü bərpa etmişik. Bizə bu xoşbəxtliyi bəxş edən ordumuza, Ali Baş Komandana təşəkkürümü bildirir, can sağlığı arzu edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Qazilərimiz tezliklə sağlamlığına qovuşsun. Kimsənin üzündən təbəssüm əskik olmasın”.
Demokrat.az olaraq, İsmayıl Şıxlı ocağının davamçısı Elçin Şıxlını 66 yaşı münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar!
Törə Zeynallı Demokrat.az


