"Ukrayna NATO və ya Aİ-yə qoşulmaq üçün müharibədə mütləq qalib gəlməlidir".
Demokrat.az xəbər verir ki, bu sözləri Slovakiyanın xarici işlər naziri Miroslav Vlaçovski deyib.
O bildirib ki, Ukraynanın müharibədə qalib gəlməsi çox vacibdir:
"Əgər söhbət Ukraynanın NATO və Aİ-yə qoşulmasından gedirsə, ölkə ilk növbədə müharibədə qalib gəlməlidir. Bu, zəruri və ilkin şərtdir. Ona görə də biz Ukraynanın bu müharibədə qalib gəlməsi, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi üçün əlimizdən gələni etməliyik".
Aysu Demokrat.az


