Dünya Özəl

Polşa Slovakiya ilə sərhəddə yoxlamalar tətbiq edəcək

Polşa Slovakiya ilə sərhəddə yoxlamalar tətbiq edəcək

Polşa Slovakiya ilə sərhəddə müvəqqəti nəzarətin tətbiqinə qərar verib.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlama verib.

O bildirib ki, yoxlamalar 10 gün ərzində aparılacaq:

"10 gün nəzərdə tutulsa da, bu müddət uzadıla bilər. Yoxlamalar bu gecə yarısından etibarən bərpa ediləcək.

Ona görə ki, bəzi əcnəbilər Polşa vasitəsilə Almaniya və digər Avropa Birliyi ölkələrinə keçir. Hətta sərhəddə son iki həftədə 551 miqrant tutulub".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova