Gündəm Özəl

Silah sistemlərinin ölkə daxilində modernləşdirilməsi əhəmiyyətli üstünlüklər vəd edir

Silah sistemlərinin ölkə daxilində modernləşdirilməsi əhəmiyyətli üstünlüklər vəd edir

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, Naxçıvandakı hərbi kompleksin modernləşdirilməsi Azərbaycanın xaricdən asılılığına son qoyacaq. Artıq Azərbaycan hərbi ehtiyaclarını özü təmin edəcək.

Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, istənilən silah sistemləri – istər zirehli vasitələr, istər yüngül zirehli vasitələr və ya aviasiya sistemləri olsun, zamanın tələbinə görə mütləq şəkildə modernləşdirilir:

Silah sistemlərinin ölkə daxilində modernləşdirilməsi əhəmiyyətli üstünlüklər vəd edir

“Azərbaycan əvvəllər bu modernləşdirməni müxtəlif ölkələrin – Türkiyə, İsrail, Belarusiya, Gürcüstanın vasitəsilə həyata keçirirdi. Naxçıvanda müasir hərbi kompleksin inşa edilməsi silah sistemlərinin təmirə, servisə, bərpaya olan ehtiyacını artıq ölkə daxilində ödəməyə imkan verəcək. Bu həm zaman baxımından, həm də maddi cəhətdən Azərbaycana əhəmiyyətli üstünlüklər vəd edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova