Dünya Özəl

Liviyada sel fəlakəti ilə əlaqədar 8 məmur həbs edildi

Liviyada sel fəlakəti ilə əlaqədar 8 məmur həbs edildi

Liviyada sentyabrın 11-də baş verən daşqında bəndin uçması minlərlə insanın ölümünə səbəb olub.

Demokrat.az xəbər verir ki, hadisə ilə bağlı aparılan istintaqda 8 nəfər həbs edilib.

Həbs ilə bağlı Liviya Baş Prokuroru Siddik əl-Sur göstəriş verib.

Onun sözlərinə görə, Su Ehtiyatları İdarəsi və Bəndlərin İdarəetmə İdarəsinin 8 məmuru fəlakət prosesində səhlənkarlıq iddiası ilə saxlanılıb.

Sözügedən 8 nəfər dindirildikdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova