Gündəm Özəl

“Məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm məna kəsb edir” — Politoloq

“Məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm məna kəsb edir” — Politoloq

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Bunun tarixi əhəmiyyətli hadisə olduğunu deyən politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında qeyd edib ki, məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfərinin mühüm mənası var:

“Məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm məna kəsb edir” — Politoloq

“Artıq İğdır – Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirildi. Qarabağda antiterror tədbirlərinin aparıldığı bir vaxtda Rəcəb Tayyib Ərdoğan BMT tribunasından Azərbaycanı dəstəklədiyini, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi.

Onun Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış etməsi və bu gün Naxçıvana səfəri dövlətimizin gücünə güc qatır, düşmənləri isə məyus edir. Qardaş Türkiyə dövləti ilə bütün sahələrdə əməkdaşlıq özünün ən yüksək pilləsindədir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova