Gündəm

Hikmət Hacıyev: “Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir” — FOTO

Hikmət Hacıyev: “Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir” — FOTO

“Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərk-silah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib:

“Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”.

NE
Nihadə Eyyubova