Sosial Özəl

“Müəllimlərin geyimi deyil, ideyası bir olmalıdır” — Ekspert bu təklifə “YOX” dedi

“Müəllimlərin geyimi deyil, ideyası bir olmalıdır” — Ekspert bu təklifə “YOX” dedi

Bəzi paytaxt məktəblərində müəllimlər könüllü şəkildə vahid formayaya keçiblər. Qadın müəllimlər qara ətək, ağ köynək, kişi müəllimlər isə qara şalvar, ağ və ya mavi köynəkdə məktəbə gəlir.

Professor Şahlar Əsgərov müəllimlər üçün vahid formanın zəruri olmadığı qənaətindədir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, insanlar bir-birindən fərqlənməyə çalışır, bu, təbiətin qanunudur:

“Müəllimlərin geyimi deyil, ideyası bir olmalıdır” — Ekspert bu təklifə “YOX” dedi
“Biri bahalı geyim alır, biri bahalı saat. Bunları bir şəklə salmaq totalitarlıq əlamətidir, belə şeyə ehtiyac yoxdur. Hansısa məktəbin döş nişanı, emblemi ola bilər, onu taxmaq olar. Hər məktəbin özünün forması olacaq, ya bütün müəllimlər üçün vahid geyim olacaq, hələ bilinmir. İnanmıram ki, inkişaf etmiş ölkələrdə belə şey olsun. Bu, bəşəri inkişafa ziddir. Müxtəlifliyə tərəf getməliyik, bunu ağıllı tədbir hesab etmirəm. Müəllimlərin geyimi deyil, ideyası bir olmalıdır. Şagirlərdə öz övladı kimi baxmaq, onların inkişafı üçün çalışmaq lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova