Amerika Birləşmiş Ştatları ölkədəki yüz minlərlə venesuelalıya müvəqqəti hüquqi status verəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Bayden Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, Daxili Təhlükəsizlik Departamenti iyulun 31-dən əvvəl ölkəyə gələn təxminən 472,000 venesuelalıya müvəqqəti mühafizə statusu verməyi planlaşdırır.
Beləliklə, bu insanların ABŞ-da iş icazəsi alması daha asan olacaq.
Qeyd edək ki, hazırda ölkədə 242 min 700 venesuelalı qoruma statusuna malikdir.
Aysu Demokrat.az


