Dünya Özəl

Meksikadan ABŞ-a gedən yük qatarlarının hərəkəti dayandırıldı

Meksikadan ABŞ-a gedən yük qatarlarının hərəkəti dayandırıldı

ABŞ-a gedən 60 yük qatarının üzərindəki qeyri-qanuni miqrantların sayının artması ilə bağlı reyslər dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Meksikanın ən böyük dəmir yolu operatoru "Ferromex" məlumat yayıb.

Bildirilib ki, yük qatarının üzərində getməyə çalışan qeyri-qanuni miqrant sayının artması nəticəsində ölüm və yaralanmalar da çoxalıb:

"Bu səbəbdən qatarlar xidmətini dayandırmalı olub. Qatarlara gizli şəkildə minmək ciddi risklərə səbəb olur. Ciddi təhlükəyə baxmayaraq, təkbaşına və ya ailələri ilə birlikdə ABŞ-yə gedən yük qatarlarına minənlər arasında təxminən yarsı yaralanıb və ya ölüb.

Vəziyyəti həll etmək üçün tədbirlər həyata keçirilir. Lakin hazırki vəziyyət beynəlxalq ticarətə mənfi təsir göstərəcək".

Aysu Demokrat.az

D
demokrat.az