Dünya Özəl

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 min 946-ya çatdı

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 min 946-ya çatdı

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 946 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, zəlzələdə ölənlərin sayı 2 min 946-ya, yaralıların sayı isə 5 min 674-ə yüksəlib.

Zəlzələdə həyatını itirənlərdən 2944-ü dəfn edilib.

Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova