Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, səfər Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü və təşkilatçıllğı ilə həyata keçirilir.
Qonaqlara XX əsrin ən dəhşətli soyqırımlarından olan və bolşevik-erməni quldurları tərəfindən törədilən Quba soyqırımı haqqında məlumat verilmişdir.
Bildirilmişdi ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmiş, bu bölgədə olan etnik azərbaycanlılar, ləzgilər, tatlar və yəhudilər kütləvi şəkildə qətlə yetirilmişdir.
Lakin 1918-ci ilin qırğınları Quba ilə yanaşı, Bakı, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və yerlə yeksan edilib.




