Qarabağ

Hikmət Hacıyev: "3385 azərbaycanlı minaların qurbanı olub"

Hikmət Hacıyev: 3385 azərbaycanlı minaların qurbanı olub

"1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşımında yazıb.

"Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir", - o, qeyd edib.

D
demokrat.az