Sosial Özəl

Qeyri-qanuni yollarla sərhədi keçən 12 nəfər saxlanıldı

Qeyri-qanuni yollarla sərhədi keçən 12 nəfər saxlanıldı

Yunanıstan və Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 12 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sərhədlərin təhlükəsizliyi üçün qanunsuz keçidlərə qarşı mübarizə davam etdirilir:

"Qeyri-qanuni yollarla Yunanıstan və Suriyadan ölkəmizə keçmək istəyən 12 nəfər saxlanılıb. İstintaq zamanı həmin şəxslərdən 5-nin PKK/KCK/PYD-YPG, 4-nün FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova