Fransa zəlzələ yardımı çərçivəsində Mərakeşdə fəaliyyət göstərən yerli və beynəlxalq birliklərə 5 milyon avroluq yardım göndərməyə qərar verib.
Demokrat.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Katrin Kolonna, Fransanın BFMTV kanalına verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, nazirliyin büdcəsində fövqəladə hallar üçün hazır saxlanılan fonddan 5 milyon avro yardım üçün Mərakeşə göndəriləcək.
Kolonna bu yardımın yerli və beynəlxalq yardım təşkilatları ilə yanaşı, ölkədə fəaliyyət göstərən fransız birliklərinə də paylanacağını bildirib.
Fransalı nazir həmçinin Mərakeşdə bir çox fransız yardım təşkilatının bu sahədə fəaliyyətə başladığını, bəzilərinin isə bu ölkəyə köçdüyünü bildirib.
Aysu Demokrat.az


