Gündəm Özəl

Hərbi çağırışçıların sağlamlığını bu nazirlik yoxlayacaq — Deputat yeniliyi şərh etdi

Hərbi çağırışçıların sağlamlığını bu nazirlik yoxlayacaq — Deputat yeniliyi şərh etdi

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Fərmanın məqsədini Demokrat.az-a şərh edən deputat Elman Məmmədovun sözlərinə görə, yenilik hərbi komissiyalarda çağırışçıların tibbi müayinəsi zamanı baş verən neqativ halların aradan qaldırılmasına yönəlib.

Hərbi çağırışçıların sağlamlığını bu nazirlik yoxlayacaq — Deputat yeniliyi şərh etdi

“Elə çağırışçılar var ki, hərbi xidmətə yararlıdır, lakin ancaq arxa cəbhədə ola bilər, döyüşlərdə iştirakına icazə verilmir. Məqsəd ondan ibarətdir ki, sağlamlığı yol verdiyi təqdirdə hərbi çağırışdan kənarda qalan olmasın və ya sağlamlığında olan yüngül problemlərə görə çağırışdan yayınma hallarının qarşısı alınsın. Həmçinin sağlamlıq vəziyyətindən asılı olaraq kim harada, hansı şəraitdə hərbi xidmət keçə bilər – bu kimi məsələlərə də fərmanda aydınlıq gətirilir. Ola bilər ki, kiminsə görmə qabiliyyətində müəyyən problem var, lakin o, dinc dövrdə hərbi xidmət etməyə yararlıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova