Türkiyənin Ordu vilayətində idarəetmədən çıxan avtomobil dərəyə aşıb.
Demokrat.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.
İlkin baxış zamanı ölənlərdən birinin hamilə olduğu öyrənilib.
Qəzanın təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


