Hadisə

Ağcabədi-Ağdam yolunda ağır qəza: Ölən var

Ağcabədi-Ağdam yolunda ağır qəza: Ölən var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Vüqar Muradov “VAZ 2106” markalı avtomobillə Ağcabədi-Ağdam yolunun 7-ci kilometrliyində piyada Ömərov Qürvət Mürvət oğlunu vurub. Nəticədə Q.Ömərov aldığı xəsarətlərdən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

D
demokrat.az