Rusiyanın neft və təbii qaz gəlirləri ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla (təxminən 50 milyard dollar) düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustda ölkənin neft və təbii qaz gəlirləri əvvəlki aya görə yüzdə 20 faiz azalaraq 642,7 milyard rubl olub.
İlin ilk 8 ayında Rusiyanın neft və təbii qaz gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla çatıb.
Qeyd edək ki, bəzi Qərb ölkələri müharibə səbəbiylə Rusiyadan neft və təbii qaz idxalını dayandırıb, digərləri isə bunu əhəmiyyətli dərəcədə azaltmağa qərar verib.
Aysu Demokrat.az


