Dünya Özəl

Aİ: Rusiyanın Qara Dəniz Taxıl Sazişinə qayıtmasını gözləyirik

Aİ: Rusiyanın Qara Dəniz Taxıl Sazişinə qayıtmasını gözləyirik

Avropa İttifaqı Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə yenidən qoşulmağa çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə İttifaqın sözçüsü Peter Stano mətbuata açıqlama verib.

O bildirib ki, Rusiya Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün ən münasib marşrutu bağlayır:

"Sözsüz ki, bu, qəbuledilməzdir. Rusiya hazırda liman infrastrukturlarına, taxılın Ukraynadan çıxması üçün alternativ yollara hücum edir. Bu, Rusiyanın hərəkətlərinin çirkin tərəfini göstərir. Rusiya yalnız ixracın qarşısını almaqla kifayətlənmir, həm də qazanır. Çünki onlar bir tərəfdən qlobal qiymətləri qaldırır və öz ixracatını artırır. Beləcə külli miqdarda gəlir əldə edirlər. Aİ-nin Rusiyanın ixracına mane olması barədə bəyanatlar dezinformasiyadır. Bütün deyilənlər manipulyasiya və yalandan ibarətdir. Biz Rusiyanı yenidən sazişdə iştirak etməyə çağırırıq”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova