Dünya Özəl

Rusiyada meşə yanğınında 118 hektar ərazi külə döndü

Rusiyada meşə yanğınında 118 hektar ərazi külə döndü

Rusiyanın Krasnodar vilayətində dünən başlayan meşə yanğını davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 118 hektar ərazi külə çevrilib.

Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, alovlara müdaxilə davam edir.

Qeyd edək ki, yanğının ətraf ərazilərdəki yaşayış məntəqələrinə keçmədiyi bildirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova