"BRİKS-də iştirakımız Qərb ölkələri ilə münasibətlərimizə xələl gətirməyəcək".
Demokrat.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Tavk əl-Merri "Bloomberg" televiziyasına müsahibəsində bildirib.
O deyib ki, ölkəsinin BRIKS-ə üzv olması ilə ticarətin inkişaf edəcəyinə ümid edir:
"BƏƏ-nin BRİKS-də iştirakı Qərb ölkələri ilə əlaqələrinə xələl gətirməyəcək. BRIKS-də iştirak BƏƏ-nin dünyaya təklif etdiyi plüralizmin dəstəklənməsinə də töhfə verəcək. Əlimizdə böyük bir iş var və diqqətimizi Qərbə yönəldəcəyik. Bununla ticarətimizin də inkişaf edəcəyinə ümid edirəm ”.
Aysu Demokrat.az


