Güclü leysan yağışlarının şimşək çaxması ilə müşayiət olunduğu Hindistanın Bihar və Carkhand ştatlarında çərşənbə axşamından bəri ildırım vurmasından azı 51 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Biharda 39, Carkhandda 12 nəfər ölüb. Bundan başqa, daha bir neçə nəfər də yaralanıb.
Rəsmilər ölənlərin və yaralananların ailələrinə maddi yardım edəcəklərini söyləyib.


