Hadisə

Hacıqabulda qəza: Ölən və yaralanan var

Hacıqabulda qəza: Ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1996-cı il təvəllüdlü Xələfov İlkin Vəfadar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az